Azərbaycan Texnologiya Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Universitetin rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov ali təhsil müəssisəsində əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb. Əmək yarmarkasında builki məzunlarla yanaşı, universitetdə qiyabi təhsil alan bakalavrlar, magistr tələbələri, eləcə də ötən illər üzrə məzun olanlar işəgötürənlərin təklif etdiyi vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər. İşaxtaranlara CV formalarını onlayn təqdim etmək üçün imkan da yaradılıb. Universitet tarixində miqyasına görə ən böyük məzun yarmarkasında ümumilikdə 40-a yaxın dövlət və özəl müəssisə tərəfindən 400-dən çox iş yeri təqdim olunub.
- Baxış: 394