• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 21.05.2023 20:34

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışı

KepezTV Player

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” saylı hərbi hissədə keçirilən təlim toplanışı davam edir. Müdafiə Nazirliyindən bildirilib ki, təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib. Tədbirdə ehtiyatdan çağırılan hərbi vəzifəlilərə vətənpərvərlik mövzusunda konsert proqramı təqdim olunub. Keçirilən tədbir şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb. Sonda hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.