• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 21.05.2023 20:55

Seçkilərdə səsvermə davam edir

KepezTV Player
Türkiyədəki prezident seçkilərinin ikinci turunda xaricdəki nümayəndəlik və gömrüklərdə dünən başlayan səsvermədə indiyədək 717 612 nəfər  səs verib. Ölkənin Ali Seçki Komissiyasından məlumat verilib ki, xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrükdə isə mayın 28-i Bakı vaxtı ilə 18-dək davam edəcək. Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşları bu ölkənin Bakıdakı səfirliyi, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarında səsvermə hüquqlarından istifadə edə bilərlər. Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır. Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22-də başa çatacaq.