KepezTV Player
Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərə tutulur. Görüş mayın 25 -ə planlaşdırılır. Bu danışıqlar nazirlər və liderlər səviyyəsində Vaşinqton və Brüssel görüşlərinin ardınca keçirilir. Bəs Brüssel və Vaşinqton formatlarının bir-birinə yaxın olduğunu nəzərə alsaq, Moskva görüşünün onlardan fərqliliyi nədir? Ümumilikdə Moskva görüşündən gözləntilər nələrdir. İzləyək.
Əgər Vaşinqton və Brüsseldə keçirilən görüşlərdə bəzi konkret məsələlər ətrafında müzakirələr aparılaraq kiçik də olsa razılaşmalara gəlinibsə, Moskva görüşünün hansı istiqamətdə irəliləyəcəyini təsəvvür etmək çətin deyil. Ona görə də nazirlərin Moskva görüşü birinci növbədə Rusiyanın Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesində təşəbbüsü öz əlinə almaq görüntüsü yaradacaq. Rusiya bu görüşlə dünyaya bu iki dövlət arasında münasibətlərin normallaşmasında dominant olduğunu nümayiş etdirəcək. Bununlada Rusiya vasitəçi kimi Vaşinqton və Brüssel görüşlərində aparılmış müzakirələrin dəyərini aşağı salmağa çalışacaq.
Moskva görüşündə Rusiya kommunikasiyaların açılması istiqamətində tərəflərlə razılıq əldə etməyə çalışacaq. Ekspert hesab edir ki, sərhədlərin delimitasiyası və sülh sazişinin hazırlanması məsələsində Rusiyanın Ermənistanın mövqeyinə ciddi təsir göstərəcəyini gözləmək üçün hələ tezdir
Bu görüş Moskva və Soçidə baş tutan qarşılaşmaların analoji davamı olacaq. Hazırda Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatlar yalnız manipulyasiya xarakter daşıyır
- Baxış: 273