• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 19.05.2023 20:30

Tələbələr pedaqoji biliklərini nümayiş etdiriblər

KepezTV Player

Pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olmaqla yanaşı, ali təhsil müəssisələrinin tədris planında xüsusi önəm daşıyan prosesdir. Gəncə Dövlət Universitetinin buraxılış kurslarının həm qiyabi, həm də əyani tələbələri fevral ayından etibarən şəhərin 30-a yaxın orta məktəbində pedaqoji təcrübə keçirlər. Proses zamanı ixtisasa uyğun olaraq dərslərdə iştirak edərək, təcrübə toplayırlar. Daha sonra orta və ali təhsil müəssisələrinin rəhbər heyəti qarşısında əldə etdikləri bilikləri nümayiş etdirirlər. 

Cabbar Qarayev- GDU-nun təcrübə və karyera şöbəsinin müdiri: “Təcrübə müddətində Gəncə şəhər Təhsil idarəsinin rəhbərliyi məktəb direktorları, tələbələr üçün çox gözəl şərait yaradıblar. Bu gün də biz 44 saylı orta məktəbdə sınaq dərsində iştirak elədik, dərs çox yüksək səviyyədə keçdi”.

Nazim Musayev- 44 saylı məktəb-liseyin müdiri: “Cari tədris ilinin fevral ayından etibarən GDU-nun tələbələri 44 nömrəli məktəb-liseydə öz pedaqoji təcrübələrini keçirirlər. Pedaqoji təcrübədə tələbələrə məktəbin, bütün maddi-texniki bazasından müəyyən olunmuş qaydada istifadə edilməsinə,  eyni zamanda məktəbin peşəkar müəllimləri tərəfindən öz təcrübələrini bölüşdürməyə şərait yaradılmışdır”.

Könül Hümbətova- tələbə: “Biz artıq 3 aydır ki, 44 nömrəli məktəbdə ixtisasımız üzrə praktikadayıq, bizə burada yaradılmış şəraitdən çox razı olmuşuq. Bu müddət ərzində təcrübə rəhbərimizin rəhbərliyi ilə dərslərdə iştirak eləmişik”.

Nemət Məmmədov- tələbə: “Bildiyiniz kimi, bir neçə aydır təcrübə keçirik və bu aylarda bir çox şeylər öyrənmişik. Düşünürəm ki, burda öyrəndiyimiz,  gələcək fəaliyyətimizdə uğurlu, düşərli olacaq”.