KepezTV Player
Samuxda kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilib. Şübhəli şəxs qismində polis əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Azad Əsgərovu saxlayıb. Onun istifadəyə yararsız fermada xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik xassəli çətənə - Kannabis bitkiləri yetişdirdiyi müəyyənləşdirilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə əkdiyini etiraf edib. Faktla cinayət işi başlanılıb.
- Baxış: 476