• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 19.05.2023 13:12

Etirazlarda iştirak edən 3 nəfər edam olunub

KepezTV Player

İranda səngiməyən etirazlar fonunda həbslər və edamlar davam edir. Amma molla rejiminin əl atdığı bu yollar belə aksiyaların qarşısını ala bilmir. daha 3 nəfərin edamı da hakimiyyəttin əlahinə olan küçə yürüşlərini artırıb. 

Bu gün səhər saatlarında İranın İsfahan şəhərində “Xane-i-İsfahan” həbsxanasında Saleh Mirhaşimi, Məcid Kazemi və Səid Yəqubi barəsində çıxarılan ölüm hökmü icra olunub. Onlar 2022-ci ilin noyabrın 25-də İsfahanda Məhhəle-Xane meydanın təhlükəsizlik qüvvələrinin 3 əməkdaşına silahlı hücum edərək, onları qətlə yetirməkdə təqsirli biliniblər. Son bir neçə gündə İsfahan şəhərinin mərkəzi həbsxanası qarşısında edam olunan 3 nəfər barəsində çıxarılan ölüm hökmünə etiraz aksiyası keçirilib. Həbsxana qarşısına toplaşan insanlar hökumət əleyhinə şüarlar səsləndiriblər. Tehran rejiminin hərbi-polis qüvvələrinin etirazçılara qarşı odlu silahlardan atəş açdığına dair məlumat yayılıb. Narazılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu da bildirilir. Həbsxana qarşısında aksiya artıq edam edilmiş Məcid Kaziminin saxta etiraflara məcbur olunmasından sonra başlayıb. Məlumata görə, ona etiraf etmək üçün işgəncə verilib. Edam edilən 3 nəfər ötən il sentyabrın 17-də başlayan etiraz aksiyalarının fəal iştirakçıları olub. Hakimiyyət onları edam etməklə etiraz aksiyası keçirənləri fikirlərindən çəkindirməyə çalışır.