• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1502
— 19.05.2023 11:39

Pixel Watch 2 smart saatı hazırlanır

Google şirkəti keçən ilin payız fəslində Google Pixel 7 smartfon seriyası ilə birlikdə həmçinin Pixel Watch smart saatını da təqdim etmişdi. Verilmiş məlumata əsasən şirkət Pixel Watch-un davamçısı üzərində çalışır. İnsayderlər bildiriblər ki, hazırlanan yeni smart saat xarici görünüşcə Pixel Watch-a bənzəyəcək. Lakin bununla belə yeni smart saatın ekran ətrafı çərçivələri daha nazik olacaqlar. Bundan əlavə olaraq şirkət Pixel Watch-un davamçısına tamamilə yeni prosessor quraşdırmağı planlaşdırır.

Yeni prosessor sayəsində yeni smart saat daha performanslı olacaq və daha az enerji sərfiyyatına sahib olacaq. Proqram təminatı məsələsinə gəldikdə, yeni smart saat çox güman ki, WearOS 4 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smart saat müxtəlif idman növlərini dəstəkləyə və istifadəçi səhhətinin müəyyən göstəricilərini monitorinq edə biləcək. Çox güman ki, Pixel Watch 2 bu ilin payız fəslində Pixel 8 smartfon seriyası ilə birgə təqdim olunacaq.