• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 18.05.2023 20:14

Bölgələrdə yaradılan akademiyalar futbolun inkişafına hesablanıb

KepezTV Player

Azərbaycanda uşaq futbolunun inkişaf etdirilməsi istiqamətində son illər vacib işlər həyata keçirilir. Xüsusilə, bölgələrdə futbol akademiyalarının yaradılması buna nümunədir.

Həyata keçirilən layihələr, festivallar, yarışlarla bu idman növünün regionlarda populyarlaşmasına, kütləviliyin artırılmasına şərait yaradılır. Bununla bərabər, təməli möhkənləndirmək üçün bir sıra futbol ənənələri olan şəhər və rayonlarda akademiyalar təsis edilir. Gəncə də bunlar sırasındadır. Cavadxan yurdunda ötən il təməli qoyulan Futbol Akademiyası yaxınlarda fəaliyyətə başlamalıdır.

Akademiyaların yaradılması yönündə işlər yalnız Tovuz və Gəncə ilə yekunlaşmayacaq.

Ümumiyyətlə, futbolun bölgələrdə inkişafı prioritetlərdən sayıldığından AFFA tərəfindən regionlara xüsusi diqqət yetirilir.

Məqsəd bölgələrdə akademiyaların yaradılması ilə yanaşı, təməl prinsip onların qorunub saxlanılmasıdır. Çünki, yaxın keçmişə nəzər salsaq görərik ki, Bakı klubunun fəaliyyət göstərən futbol akademiyası gələcək vəd etsə də, sonradan müəyyən səbəblərdən məktəb işini dayandırıb. Odur ki, akademiyaların dayanıqlı olması ən başlıca məsələlərdəndir.

Orxan Cəfərzadə