• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 868
— 18.05.2023 15:50

Sakinlərin problemlərinin bir qismi həll olundu

KepezTV Player
Natavan 2 qəsəbəsinin sakinlərinin televiziyamıza müraciəti əsasında ötən gün efirə gedən süjetdən sonra aidiyyatı qurumlar əməli fəaliyyətə başlayıb. Su-kanalizasiya, yol, təmizlik kimi problemləri qaldıran vətəndaşları narahat edən məsələlərdən biri bu gün həllini tapıb. Qəsəbənin girişində, eləcə də bəzi ərazilərdə yığılaraq qalaqlanan məişət tullantılarının daşınmasına başlanılıb. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin təmizlik şöbəsi tərəfindən qəsəbədə təmizlik işləri aparılıb. “Comərd qəssab” türbəsinin ətrafına kimi uzanan zibillik, eləcə də yol kənarları alaq otlarından təmizlənib. Yol boyu yığılan torpaq topaları da traktorla düzləşdirilib.
Əvəz Əliyev- sakin: “Dünən “Kəpəz televiziyası”na müraciət olunub. Onlar gəlib işıqlandırıblar, sağ olsunlar”.
Elçin Əsgərov- sakin: “Müraciət eləmişdik, sağ olsunlar, gəlib təmizlədilər. Minnətdarıq”.
Xəyal Hacızadə- MKTİB-nin şöbə rəisinin müavini: “Bu məsələ “Kəpəz televiziyası” vasitəsi ilə qaldırılmışdı. Biz də öz növbəmizdə qeyd etmək istəyirik ki, qaldırılmış məsələ yerindəcə həll olundu. Hazırda işlər gedir və mütəmadi olaraq da işlər gedəcək. Eyni zamanda, hər həftənin beşinci günü maşınlarımız buradan zibillərin tullantısını həyata keçirir. Sakinlərə müraciət edirik ki, bura tullantılar atılan yer deyil. Xahiş edirik ki, xidmət haqqını da vaxtında etsinlər”.