• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3188
— 16.05.2023 19:40

Qohumlar arasında dava bıçaqlanma ilə nəticələnib

KepezTV Player

Ağstafanın Poylu qəsəbəsində bir müddət əvvəl qətlə yetirilən 14 yaşlı Cavanşir Bədirovun ailəsi ilə qohumları arasında kütləvi dava olub. Münaqişə zamanı 52 yaşlı Elşən Bədirov qardaşı oğlu, 30 yaşlı Camal Bədirovun baş nahiyəsinə bıçaqla xəsarətlər yetirib. Daha sonra bıçaqlanan şəxsin qardaşı Məhəmməd araya keçib. O, əmisi oğlu 25 yaşlı Elbrus Bədirova kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Rayon Polisinin əmədaşları Elşən Bədirov və Məhəmməd Bədirovu  saxlayıblar. Qətlə yetirilən gəncin anası bildirib ki, hadisə söyüş üstündə baş verib. Onun sözlərinə görə, davanın bu həddə çatmasına səbəb başqa qohumlar da təkan verib.