KepezTV Player
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Samux rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edən narkokuryerlər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Elyar Əliyev və Gəncə şəhər sakini Emil Rzayev Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki çantadan 1 kq 640 qram heroin, 2 kq 85 qram marixuana və 30 ədəd tramal həbi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 447