• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 15.05.2023 20:30

Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

KepezTV Player
Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib ki, ikinci tur mayın 28-də olacaq. A.Yenerin sözlərinə görə, prezident seçkiləri ilə bağlı səslərin 100 faizi hesablanıb. Komissiya sədri deyib ki, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,54% səs toplayıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,85% səs qazanıb. Bununla da prezidentliyə namizədlərdən heç biri ilk turda qalib gələ bilməyib.