• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 15.05.2023 21:24

Qarabağ atlarının qatıldığı şou başa çatıb

KepezTV Player

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” başa çatıb. Dövlət Sərhəd Xidmətindən bildirilib ki, 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilib, nümayəndə heyətimizin hər il nümayiş etdirdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilib. “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə DSX-nin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarıblar. Təmsilçilərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlənib, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazanıb.