“Kəpəz” mövsümün sonunadək Gəncədə oynaya bilməyəcək. Buna ot örtüyünün oyunlar üçün əlverişli vəziyyətə gətirilə bilməməsi səbəb olub.
Aprelin əvvəlindən yararan problemə görə ot örtüyünə qulluq edən şirkət yeni qazon salmağa başlayıb. Meydançaya iki dəfə toxum səpilib, sahəyə gübrə və dərmanlar verilib. Lakin ot örtüyü lazımi vəziyyətdə olmadığı üçün PFL Gəncədə oyun keçirilməsinə icazə verilməyib. Odur ki, “Kəpəz” əzəli rəqibi “Neftçi”ini Qəbələdə qəbul edəcək.
Hava şəraitinin qeyri-sabit keçməsi də qazonun istənilən səviyyəyə çatmasına mane törədir. Mütəxəssislər bildirirlər ki, otun kökü bərkiməsə bu, sonradan problemlər yarada bilər. Ən yaxşısı bir müddət də gözləməkdir. Klubdan verilən məlumata görə, yeni mövsümün əvvəlinədək ot örtüyü oyunlar üçün ideal vəziyyətə gətiriləcək və “Kəpəz” rəqiblərini doğma meydanda qəbul edə biləcək.
“Neftçi” ilə görüş bu mövsüm “Kəpəz”in sonuncu ev oyunu olacaq. Qarşılaşma mayın 21-i saat 18:00-də başlayacaq.
Orxan Cəfərzadə
- Baxış: 562