• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2480
— 15.05.2023 11:33

Microsoft neyron şəbəkələri üçün fərdi prosessor hazırlayır

Microsoft şirkəti süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Athena kod adlı fərdi prosessorunu hazırlayır. Sözügedən prosessor ChatGPT kimi süni zəka əsaslı çat-botların təməllərində yerləşən texnologiya ilə çalışmaq üçün adaptasiya olunacaq. Verilmiş məlumata əsasən Microsoft süni zəka sahəsi üçün olan fərdi prosessorunu 2019-cu ildən gizli şəkildə hazırlayır. OpenAI və Microsoft-un bəzi əməkdaşları prosessoru artıq əldə ediblər və onlar onu test edirlər. Aparılan testlər çərçivəsində prosessorun GPT-4 kimi yeni süni zəka əsaslı böyük dil modellərinin öhdəsindən necə gəldiyi yoxlanılır.

Məlumatda qeyd edilib ki, Microsoft tərəfindən hazırlanan prosessor böyük dil modellərinin təlimatlandırılmasında və neyron şəbəkələrinin çalışmalarında istifadə ediləcək. Microsoft ümid edir ki, onun hazırladığı prosessor digər istehsalçıların prosessorlarından daha yaxşı çalışacaq.