• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 13.05.2023 17:09

Şəhid Məhəmməd Qarayev dəfn edilib

KepezTV Player

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Qarayev Məhəmməd Mahir oğlunun nəşi doğulduğu Qəbələ rayonuna gətirilib, ailəsinə təhvil verilib. Doğulub boya-başa çatdığı evdə Məhəmməd Qarayevlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Mərasim başa çatdıqdan sonra şəhid Məhəmməd Qarayevin cənazəsi 1 nömrəli Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılıb. ​2001-ci il təvəllüdlü​ Məhəmməd Qarayev evin tək oğlu və ali təhsilli olub. O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.​ Allah rəhmət etsin.