• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2118
— 13.05.2023 16:33

Mini-futbol yarışı təşkil edilib

KepezTV Player

Gəncədə kiçik yaşlı futbolçular arasında mini-futbol üzrə yarış start götürüb. Birincilik ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilib.

Gəncə Futbol Veteranları Birliyi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən yarışın rəsmi hissəsində ulu öndərin ölkəmizdə bütün idman növlərinin inkişaf etdirilməsinə diqqət yetirdiyi, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə futbolumuz üçün də yeni mərhələnin başlanğıcı olduğu ifadə olunub. Həmçinin qeyd olunub ki, Gəncədə futbol çox sevilir və bu idman növünün Nizami yurdunda ənənələri var. Açılışın ardından qarşılaşmalar başlayıb. Yarış 2013-2014-cü il təvəllüdlü kiçik yaşlı futbolçular arasında keçirilir. Birincilikdə 10 komanda 2 qrupda mübarizə aparacaq.

Gəncə futbolundan ağızdolusu danışan AFFA rəsmisi yarışdan gələcəkdə bacarıqlı oyunçuların çıxacağına inandığını söyləyib.

Mini-futbol yarışı 1 həftə davam edəcək. Mayın 20-də yekun vurulacaq biriciliyin son günü 3-cü yer uğrunda və final qarşılaşması keçiriləcək.

Orxan Cəfərzadə