• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 13.05.2023 12:26

Ötən sutka ərzində 26 yanğına çıxış olub, 5 nəfər xilas edilib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib. Bakı şəhər, Yasamal rayonunda bağlı qapı arxasında aşkar edilən 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin,Xəzər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində yanan avtomobildə aşkarlanan 1 nəfərin meyiti içəridən çıxarılıb.