• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 13.05.2023 12:19

Azərbaycan ordusu Ermənistan tərəfinin bir neçə zərbə PUA-sını zərərsizləşdirib

KepezTV Player
Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilib və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.
 
Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərin minaatan heyətinin və Ermənistana məxsus “KamAZ” markalı avtomobilin Basarkeçər istiqamətində məhv edilməsinin görüntüləri yayılıb. Həmçinin ermənilərin əldəqayırma dronlarını idarə edən məntəqənin məhv edilməsinin anbaan görüntüləri yayılıb. Videodan aydın olur ki, komanda-qərargah məntəqəsinin yerləşdiyi yük avtomobili sərrast atəş nəticəsində partladılıb.