• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 12.05.2023 12:01

Oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən, avara və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakinləri Mahmud Nadirov, Nəriman Nadirov, Ofelya Nadirova və Südabə Əliyeva inşaat mağazasında satıcının diqqətini yayındırmaqla elektrik naqillərini oğurlayıblar. M. Nadirov və S. Əliyevanın yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.