• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 12.05.2023 12:19

Şəhid Orxan Novruzəlizadə dəfn edilib

KepezTV Player

Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadənin nəşi ailəsinə təhvil verilib.
Ağstafa rayonunun Vurğun qəsəbəsində şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdə rayonun rəsmi şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimi başa çatdıqdan sonra Orxan Novruzəlizadə Vurğun qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub. 1998-ci il təvəllüdlü Orxan Novruzəlizadə iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş. O, subay olub, bir qardaşı və iki bacısı var. Allah rəhmət eləsin.