• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2053
— 12.05.2023 11:17

İnsana bənzəyən robot müxtəlif dillərdə danışır

İnsana bənzər Ameca adlı robot yenidən gündəmə gəlib. Qeyd etmək lazımdır ki, bir neçə il bundan öncə sözügedən robot əsl insan üz mimikalarına sahib olması ilə hamını heyrətləndirmişdi. İndi isə Ameca müxtəlif dillərdə danışmağı və müxtəlif dialektləri imitasiya etməyi öyrənib. Bu işdə ona süni zəka əsaslı GPT-3 dil modeli yardımçı olub. Ameca-nın yaradıcısı olan Engineered Arts şirkəti öz robotuna DeepL adlı machine learning modelini inteqrasiya edib. Bu, nitqin tanınması və səsin generasiyası üçün edilib. Daha sonra isə şirkət robota süni zəka əsaslı GPT-3 və GPT-4 dil modellərini inteqrasiya edib. Maraqlısı ondadır ki, GPT-4 halında robotun üz mimikaları real insan üzü mimikalarına daha az bənzəyib. Buna görə də şirkət öz seçimini GPT-3-də dayandırıb. Nəticə etibarilə robot yapon, alman, çin və ingilis dillərində tam sərbəst şəkildə danışa bilib.