• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 11.05.2023 20:01

“Yaponiya Səfiri Kuboku”na start verilib

KepezTV Player
Göygöldə cüdo üzrə Yaponiya Səfiri Kuboku turnirinə start verilib. 2-ci dəfə təşkil edilən yarış yerli olimpiya idman kompleksində keçirilir.
 
“Yaponiya-Azərbaycan Dostluğu” adı altında baş tutan yarışda 13 yaşa qədər cüdoçular tatami üzərinə çıxıb. Turnir Gənclər və İdman Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Azərbaycan Cüdo Federasiyasının və Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə reallaşır.
 
Ənənə halını alan “Yaponiya Səfiri Kuboku”nun gələn il də Göygöldə keçirilməsi planlaşdırılır.
Yarışda 47 klub, cəmiyyət və idman təşkilatından olan 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparır. Turnirdə qız və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyələşəcək.
 
"Yaponiya Səfiri Kuboku" turniri iki gün davam edəcək. Son gün fəxri kürsüdə yer alan kiçik yaşlı tatami ustalarını Yaponiyanın ölkəmizdə səfiri və digər rəsmilər medal və diplomla təltif edəcəklər.