• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 11.05.2023 21:40

Dolu yağıb, meyvə ağaclarına və təsərrüfatlara zərər dəyib

KepezTV Player

Kəndlərdən birinə dolu düşüb, digərinə sel gəlib

Bu gün Şəmkir rayonunun mərkəzinə, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, Dəllər və digər yaxın kəndlərə güclü dolu yağıb. Dolu meyvə ağaclarına, təsərrüfatlara zərər vurub. Leysan yağışlar səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Daşkəsən rayonuna da dolu yağıb. Bu gün axşam saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə ərzində rayonun Dəsdəfur kəndinə dolu düşüb. Həmçinin güclü yağış nəticəsində Quşçu kəndinə sel gəlib. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.