• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 11.05.2023 21:02

Ombudsman ermənilərinin növbəti təxribatı ilə bağlı müraciət yayıb

KepezTV Player
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb. "Regionda sülh quruculuğu prosesində maraqlı olmayan, öz işğalçı siyasətini davam etdirən, insan hüquqlarını kobud şəkildə pozan Ermənistanın hal-hazırda da davam edən hərbi təxribatını kəskin şəkildə pisləyirik". Ombudsmanın müraciətində o da qeyd edilir ki, Azərbaycanın davamlı olaraq təklif etdiyi sülh çağırışlarının əksinə olaraq Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yeni münaqişə ocaqlarının yaranması üçün təxribatlar törədir. Ombusdman beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına dərhal son qoyulması, regionda sülhün bərpası üzrə qəti tədbirlərin görülməsini tələb edir.