• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2028
— 11.05.2023 21:00

Şəhid sabah dəfn ediləcək

KepezTV Player
doğulub boya-başa çatıb. Uşaq yaşlarından arzusu hərbçi olmaq olan Orxan Novruzəlizadə 44 günlük vətən müharibəsində iştirak edib. Medallarla təltif edilib. Anası ötən il rəhmətə gedən Orxan ana qədər əziz olan Vətənin keşiyində hər zaman mətin olub. Ailədə 1 qardaş, 2 bacısı olan 25 yaşlı şəhidin atası təsərrüfatla məşğul olur. Şəhid hərbçimiz sabah Ağstafada dəfn ediləcək. Hər kəs onu vətənpərvər biri kimi xarakterizə edir.
Elman Novruzəliyev- şəhidin əmisi oğlu: "Özü çox sakit təbiətli bir insan idi. Sadəcə xidmətə getməyini gözləyirdi. Sonra dedi, mən qalıb, xidmətimi davam etdirmək istəyirəm. O da alınmadı, xidmətdən sonra gəldi sənədlərini düzəltdi, getdi hərbi xidmətdə işləməyə. Oz rayonumuzdan başladı, vətən müharibəsində də iştirak elədi. İki medalı oldu. Kəlbəcərdə, Daşkəsəndə bir neçə yerdə olmuşdur. Həmişə anası ilə fəxr edirdi. Anası da onla fəxfr edirdi ki, mənim belə bir oğlum var. Bir həftə bundan qabaq görüşmüşəm. Amma danışığım 3 gün qabaq olub. Zəng etdim, dedim- nə var, nə yox? Dedi şükür, sizdə nə var, nə yox? Dedik anasının ilindən sonra evləndirək. O da qismət olmadı. Allah rəhmət eləsin bütün şəhidlərimizə!"