• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1660
— 11.05.2023 20:56

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

KepezTV Player
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşin açılması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Mahmudlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Bu gün səhər saatlarında da Ordumuzun üzbəüz mövqelərini atəşə tutması nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadə şəhid olub. Hər iki faktla bağlı cinayət işi açılıb. Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.