KepezTV Player
Dünən və bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan, eləcə də iriçaplı silahlar və minaatanlardan istifadə etməklə intensiv atəşə tutmaqla qəsdən təxribatlar törədib. Vəziyyəti daha da gərginləşdirən qarşı tərəfin mövqelərinə qarşı Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi infrastrukturunu məhv edib. Müdafiə Nazirliyindən qəsdən törədilən bu təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilib.
- Baxış: 159