• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 11.05.2023 11:36

Dahi şəxsiyyətin 100 illiyinə...

KepezTV Player

Ümummilli Lider həyatının bütün mərhələlərində Azərbaycanın inkişafı naminə çalışıb. Xalqı və Vətəni üçün misilsiz xidmətlər göstərib. Əsasını qoyduğu böyük dövlətçilik konsepsiyasında regionların inkişafı xüsusi xətt olub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Naftalanda da coşqu və təntənə ilə qeyd edilib.

Beynəlxalq Turizm Mərkəzi Naftalanda Müasir Azərbaycan dövlətinin qurucusu, Türk dünyasının böyük oğlu, ömrünü Azərbaycan xalqının və dövlətçiliyinin inkişafına, tərəqqisinə sərf edən, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Mərkəzində uzaqgörən siyasətçinin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomen kimi dəyərləndirilib. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlı olduğu vurğulanıb. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident İlham Əliyevin inkişafın Azərbaycan modelini yaratdığına diqqət çəkilib. Bu modelin beynəlxalq aləmdə böyük maraq doğurduğu və əksər ölkələr üçün örnəyə çevrildiyi vurğulanıb. Tədbirdə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə hazırlanan “Əsrin adamı” sənədli filmi nümayiş etdirilib. Daha sonra Heydər Əliyev adına Meydanda respublikanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə möhtəşəm bədii-musiqili yubiley konserti keçirilib. Konsert proqramında ümumilikdə 1000-dən artıq şəhər sakini və müalicə və istirahət üçün Naftalana gələn yerli və xarici turistlər də iştirak edib. Yubiley tədbiri atəşfəşanlıqla yekunlaşıb.