• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 11.05.2023 11:18

Marsa süxur nümunələri toplamaq üçün uçuş aparatı göndəriləcək

2028-2030-cu illərdə Çin Marsa Tianwen-3” adlı kosmik missiyanı reallaşdırmağı planlaşdırır. Sözügedən missiyanın əsas məqsədi isə Marsdakı süxur nümunələrinin yığılaraq onların Yer kürəsinə geri qaytarılmasındadır. Çin 2 mərhələ çərçivəsində Marsa bir neçə aparat göndərmək niyyətindədir. Aparatların göndərilməsi üçün isə Long March 5 raketindən istifadə ediləcək. Long March 5 vasitəsilə Marsa eniş modulu və uçuş aparatı göndəriləcək.

Uçuş aparatı NASA-nın artıq Marsda fəaliyyət göstərən Ingenuity adlı uçuş aparatına bənzəyəcək. Orbital modul ilə kosmik gəmi isə Marsın orbitində qalacaqlar. Mars səthində fəaliyyət göstərəcək 6 ayaqlı robot öz növbəsində 2 metr dərinlikdə yerləşən süxur nümunələrini yığacaq. Bu işdə ona pilotsuz uçuş aparatı köməklik edəcək. Çin 500 qram həcmində süxur nümunəsi əldə edərək onu kosmik gəmiyə göndərmək istəyir. Bu proses çərçivəsində orbital modul yığılmış süxur nümunələrini kosmik aparata istiqamətləndirəcək.

Kosmik aparat isə öz növbəsində onları Yer kürəsinə çatdıracaq. “Tianwen-3” missiyasının 2028-ci ildən 2030-cu ilə kimi keçirilməsi planlaşdırılır. NASA ilə ESA (Avropa Kosmik Agentliyi) Mars səthində süxur nümunələrinin yığılması ilə məşğul olan Perseverance aparatının daxilindəki həmin nümunələri Yer kürəsinə 2033-cü ildə geri qaytarmağı planlaşdırırlar. Əgər Çin planlaşdırılan missiyanı 2028-ci ildə işə salsa və əgər hər şey yolunda getsə, o, Marsdakı süxur nümunələrini Yer kürəsinə artıq 2031-ci ildə geri qaytara biləcək.