• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 10.05.2023 20:00

"Gəncə" pley-offun ikinci oyununda uduzdu

KepezTV Player
Azərbaycan Basketbol Liqasında “Gəncə” və NTD komandaları arasında pley-off mərhələsinin ikinci oyunu keçirilib. Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüşə qonaqlar yaxşı başlayıblar. Hücumlar zamanı Bakı klubu ard-arda dəqiq atışlarla 1-ci perioddan başlayaraq böyük xal fərqi yaradıb. Üstünlüyünü final serenasına kimi əldən verməyən NTD yekunda rəqibini 105:76 məğlub edərək ümumi hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın ən məhsuldar oyunçusu Londel Kinq olub. NTD-nin basketbolçusu 27 xal və 13 ribaundluq performans göstərib. “Gəncə”nin ən yaxşısı olan Amil Həmzəyev isə 19 xal və 4 ribaundluq göstərici ilə yadda qalıb. Bu komandalar arasında 3-cü görüş keçiriləcək və qələbə qazanan finala vəsiqə əldə edəcək. Cütün qalibinin həlledici oyunda rəqibi "Sabah" olacaq.
 
Kuinton Kempbel- NTD-nin oyunçusu: "Birinci oyun “Gəncə”yə uduzmuşduq. Ancaq bu qarşılaşmada yaxşı müdafiə olunduq və dəqiq atışlarla hesab arasında böyük fərq yaratdıq. Qalib gəldiyimiz üçün sevincliyik. “Gəncə” güclü komandadır. Qarşıdakı oyun daha çətin olacaq. Ümumiyyətlə rəqiblə görüşlərimiz asan olmur, hər zaman gərgin keçir. Finala adlamaq üçün 3-cü qarşılaşmada tam gücümüzlə mübarizə aparacağıq".