• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 901
— 10.05.2023 19:59

"Kəpəz"in futbolçuları ilə jurnalistləri üz-üzə gəlib

“Kəpəz” televiziyasının əməkdaşları ilə “Kəpəz” futbol klubunun əsas heyətinin üzvləri arasında yoldaşlıq görüşü keçirilib. Oyun Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilib.
Qarşılaşmanın əvvəli futbolçular ard-arda rəqib qapısı önündə təhlükəli anlar yaşadıblar. Bunun nəticəsi olaraq 15 dəqiqə ərzində jurnalistlər 3 dəfə meydanın mərkəzinə dəvət edilib. 3 top irəlidə olan dağlıların bir neçə epizodda da fərqlənmək imkanları olsa da, “Kəpəz TV”-nin əlcək sahibi buna izn verməyib. Buna baxmayaraq dayanmaq bilməyən sarı-göylər fasiləyədək daha iki dəfə çərçivəyə düşməyi bacarıblar - 5:0. İkinci hissədə özünə gələn media nümayəndələri buraxdıqları qollardan ikisinin əvəzini çıxa biliblər. Ancaq üstünlüyü əldən verməyən peşəkarlar sonadək 2 qol vuraraq görüşdə 7:2 hesabıyla qalib gəliblər.
Abdullahi Şuaybu- “Kəpəz FK”-nın oyunçusu: “Media nümayəndələri ilə yoldaşlıq görüşümüz yaxşı alındı. Hər zaman bizim oyunlarımızı işıqlandıran, bizdən müsahibə alan jurnalistlərlə bir meydanda futbol oynamaq maraqlı idi. Gələcəkdə də belə qarşılaşmaların təşkil edilməsini arzulayardım. Burada hesabın önəmi yoxdur. Çünki, hər iki tərəf “Kəpəz” idi”.
 
Orxan Cəfərzadə