• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 10.05.2023 16:17

Tibbi aksiya reallaşıb

KepezTV Player

Gəncədə Sosial Xidmətlər Agentliyinin 4 saylı Psixonevroloji Sosial Xidmət Müəsisəsinin sakinləri tibbi müayinədən keçirilib. Aksiyada  terapevtik, flüoqrafik, kardioloji, nevroloji, dermatoloji və stomatoloji xidmətlər göstərilib. Müəssisənin sakinlərindən qan nümunələri götürülüb, ehtiyacı olanlar rentgen və ultrasəs müayinəsindən keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə məqsəd xəstəliklərin vaxtında aşkarlanaraq müalicə edilməsidir.