• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 10.05.2023 11:58

Dahi rəhbərin xidmətlərindən danışılıb

KepezTV Player

Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Respublika konfransı təşkil olunub. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində təşkil edilən tədbirdə Azərbaycanın quruculuq strategiyasının çoxistiqamətli tədqiqi yönündə ərsəyə gətirilən monoqrafiya, kitab və digər elmi nəşrlər, eləcə də Heydər Əliyevin Gəncəyə tarixi səfərlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiylə tanışlıq olub. “Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda baş tutan konfransda dahi şəxsiyyətin Gəncənin inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğuna diqqət çəkilib. Konfransın bu məqsədlərə xidmət edəcəyinə inam ifadə edilib. Ümummilli liderin Azərbaycanın inkişaf strategiyasında Gəncənin roluna xüsusi diqqət ayırdığı, ənənələrlə yenilikçiliyin vəhdətinin təcəssümü olan şəhərin məhz Heydər Əliyevin diqqət və qayğısı ilə böyük nailiyyətlərə qovuşduğu vurğulanıb. Konfransda “Heydər Əliyev və Gəncə” filmi nümayiş etdirilib.