• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 10.05.2023 12:05

Ümumşəhər tədbiri keçirilir

KepezTV Player

Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ümumşəhər tədbiri keçirilir. Tədbirdən öncə şəhər rəhbərliyi, millət vəkilləri, Türkiyə və Gürcüstanın Gəncədəki Baş konsulları, hüquq mühafizə orqanları əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar ümummilli liderin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.

Daha sonra Gəncə Dövlət Filarmoniyasında tədbirin rəsmi hissəsi baş tutub. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, onun Gəncə şəhərinə xüsusi münasibətindən, Nizami yurduna və irsinə məhəbbətindən geniş bəhs edilib. AMEA-nın Gəncə bölməsinin təşkilatçılığı ilə nəşr olunan "Heydər Əliyev və Gəncə" adlı monoqrafiyadan söz açılıb. Ulu Öndərə həsr olunan "Əsrin adamı" filmi nümayiş olunub.