• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 974
— 09.05.2023 20:33

"Sülhün kökləri" təşkilatı minatəmizləmə əməliyyatına yardım etmək istəyir

KepezTV Player
Horadiz kəndi ərazisində bugünədək Ermənistan istehsalı olan 53 piyada, 208 Rusiya istehsalı olan texnika əleyhinə mina, 2 ədəd partlamamış hərbi sursat tapılıb. Ümumilikdə Vətən müharibəsindən sonra 80 min hektardan artıq sahə minalardan təmizlənib. "Sülhün Kökləri” beynəlxalq humanitar təşkilatının rəhbəri işğaldan azad olunmuş ərazilərə səfər edib. Ona-- ərazilərin mina və partlaMAmış hərbi sursatlarla çirklənmə səviyyəsi, təmizlənmə əməliyyatları, tapılan minaların növləri barədə məlumat verilib.
 
Sülhün kökləri” beynəlxalq humanitar təşkilatı Qarabağda minatəmizləmə əməliyyatlarına yardım etmək məqsədilə Minatəmizləmə Agentliyi ilə əməkdaşlıq etmək istəyir. Bu barədə Azərbaycanda səfərdə olan təşkilatın rəhbəri Heidi Kühnün məlumat verib. Qarabağa ikinci səfərindən danışan Kühnün Füzuli aeroportunu və bölgədə  aparılan bərpa-yenidən quruma işlərinə şahidlik etməkdən məmnunluğunu ifadə edib.
 
HEİDİ KÜHN “Sülhün kökləri” beynəlxalq humanitar təşkilatının təsisçisi:  Biz Qarabağı yenidən dirçəltmək üçün töhfəmizi verəcəyik. Hazırda burada cəsur ANAMA işçiləri ilə birlikdəyik. Qarabağ adının gözəl mənası var. Amma hazırda minaların yaratdığı təhlükə bu gözəlliyə kölgə salır. Bu mənim Qarabağa ikinci səfərimdir. İlk səfərim dostum Umud Mirzəyevin dəvəti ilə oldu. Həmin səfərimdə Qarabağda 8 ədəd tank əleyhinə minanı zərərsizləşdirdik. Mən burada bir ana olaraq dayanıram. Dünyanın üzləşdiyi ən böyük problem olan minaya qarşı birlikdə olmalıyıq
 
Vətən müharibəsindən sonra 87 mindən çox mina və PHS aşkarlanıb.
 
Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirdi ki, vətən müharibəsindən sonra ərazilərdə 87 mindən artıq mina və partlamamış hərbi sursat aşkarlanıb. Paralel olaraq minatəmizləmə işləri işğaldan azad olunmuş ərazilər boyu aparılır. Sülhün Kökləri” beynəlxalq humanitar təşkilatının Füzuliyə səfərindən danışan sədr qeyd etdi ki, əsas məqsəd işğaldan azad edilmiş ərazilərində mövcud mina probleminin miqyası, bu problemin Böyük Qayıdışa və regionda davamlı sülhə yaratdığı maneələrin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
 
İşğaldan azad olunmuş ərazilərdə səfərdə olan Heidi Kühn  Horadiz kəndi ərazisindəki minatəmizləmə sahəsilə də  tanış olub. Daha sonra mina partlayışını izləyib
 
Horadiz Füzulinin işğaldan azad olunan yaşayış məntəqələri arasında ən çox mina və partlamamış hərbi sursatlarla çirklənmiş kəndi hesab olunur.