• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1986
— 09.05.2023 10:44

"Kəpəz"in futbolçuları dopinqlə bağlı maarifləndirilib

KepezTV Player

Azərbaycan Milli Antodopinq Agentliyinin regionlarda maarifləndirici tədbirləri davam edir. “Antidopinq maarifləndirmə proqramı” çərçivəsində daha bir tədbir Gəncədə təşkil olunub. Bu dəfə agentliyin əməkdaşları “Kəpəz” futbol klubunun əsas heyətinin üzvləri üçün seminar keçiblər. Təlimdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, oyunçuları maraqlandıran suallar cavablandırılıb