• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 937
— 09.05.2023 11:45

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır

KepezTV Player

Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır. Dünəndən festival iştirakçıları artıq Şuşaya gəlməkdədir. Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir. Festivak mayın 11-dək davam edəcək.