• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 09.05.2023 11:44

Azərbaycan bayrağı küçəsində yaşıllaşdırma tədbirləri

KepezTV Player

Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ağacəkmə aksiyası keçirilib. Azərbaycan Bayrağı küçəsində təşkil edilən ekoloji tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Aparatın məsul əməkdaşları, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi iştirak edib. Burada yerli iqlim şəraitinə uyğunlaşdırılan 200 ədəd sərv ağacı, müxtəlif dekorativ gül və kollar əkilib, yaşıllıqlara xüsusi aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Əkilən ağac tinqləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində yetişdirilib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Gəncə şəhərində ağacəkmə aksiyası ilin sonuna qədər davam etdiriləcək.