• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2081
— 08.05.2023 16:42

Polislər Ulu Öndərin xatirəsini yad ediblər

KepezTV Player

Ağstafa Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıq olub. Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Vüqar Xəlilov dahi şəxsiyyətin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Onun səyləri nəticəsində vətəndaşa yüksək dəyər verən hüquq sisteminin, yerli qanunvericilik bazasının təkmilləşdirilərək mükəmməl formaya salındığı diqqətə çatdırılıb. Heydər Əliyevin Azərbaycanın inkişafı istiqamətində gördüyü işlərdən, böyük xilaskarlıq missiyasından danışılıb. Rayon ərazisində baş tutan ağacəkmə kampaniyasına isə polis əməkdaşları ilə yanaşı, Ağstafa Rayon İcra Hakimiyyətinin, eləcə də digər hüquq-mühafizə qurumları və təşkilatlarının nümayəndələri də qoşulub. Ərazidə abadlıq və təmizlik işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tinglərini əkib, onların suvarılmasını təmin ediblər.