• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2332
— 08.05.2023 12:02

Kollecdə dahi şəxsiyyətin xatirəsi yad edilib

KepezTV Player

Gəncə Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib. Milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbərin həyatı və siyasi fəaliyyətindən söz açılıb. Məhz Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycanda iqtisadi və sosial inkişafın təmin edildiyi, bütün sahələrdə tərəqqiyə nail olunduğu vurğulanıb. Dahi şəxsiyyətin vətən sevgisini qəlbində yaşadan, onun ölkənin inkişafı üçün atılmalı olan addımlarını davam etdirən, qalib dövlətin müzəffər ali baş komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü gündən çiçəkləndiyinə diqqət çəkilib. Tədbirdə kollecin tələbələrinin hazırladığı şerlər, rəqslər və ümumilli liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.