• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2398
— 08.05.2023 10:59

Honor Pad V8 planşeti təqdim olundu

Honor şirkəti Honor Pad V8 adlı yeni planşetini təqdim edib. Təqdim edilmiş bu yeni planşet böyük ölçülü ekranı, performanslı texniki özəllikləri və satış qiyməti ilə seçilir. Beləliklə Honor Pad V8 planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 11 düym IPS ekran ilə təchiz olunub. Planşet MediaTek Dimensity 8020 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Honor Pad V8 həmçinin oyunlarda performans göstəricilərinin artırılması üçün nəzərdə tutulmuş Honor TurboX adlı texnologiyanı dəstəkləyir.

Planşet həmçinin özündə 13 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. O, 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 7250 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Pad V8 stilus dəstəyinə sahibdir və MagicOS 7 interfeysli Android 13 vasitəsilə çalışır. Planşet artıq Çin bazarında satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı barəsində məlumat verilməyib. Honor Pad V8 planşetinin Çin bazarında 128 GB yaddaşlı versiyası 260$-a, 256 GB yaddaşlı versiyası isə 275$-a satılır.