• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2109
— 07.05.2023 20:36

“Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda tədbir keçirilib

KepezTV Player

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Ulu Öndərin bütün sahələrin inkişafına diqqət və qayğısından söz açılıb. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqi, teatr, kino sənəti, heykəltaraşlıq və rəssamlıq, xalça sənəti bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə bir çox incəsənət adamlarının konsertləri, yaradıcılıq gecələri keçirilib, yeni filmlərin çəkilişləri reallaşıb.  Ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin banisi olmasından da söz açılıb. Tədbirdə musiqi məktəblərinin şagirdlərinin ifasında Ulu Öndərə həsr edilən mahnılar ifa edilib, əsərlər səsləndirilib. Həmçinin xor kolektivinin Ümummilli lider Heydər Əliyevə hərs olunmuş mahnını ifası da böyük maraqla qarşılanıb.