• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 06.05.2023 19:58

“İnkişaf Kuboku 2” adlı minifutbol turnirinə yekun vurulub

KepezTV Player

Gəncədə idarə, müəssisə və təşkilat kollektivləri arasında Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İnkişaf Kuboku 2” adlı minifutbol turnirinə yekun vurulub. Azərbaycan Texnologiya Universiteti və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatşılığı ilə keçirilən turnirin həlledici görüşündə “Avrora” komandası ilə 12 saylı Vergilər idarəsinin kollektivi üz-üzə gəlib. Çempionluq qarşılaşmasında daha yaxşı təsir bağışlayan Avrora qalib kubokunu baş üzərinə qaldırıb. Turnirin başlanış tədbirində yarışda fərqlənən iştrakçılar və qalib komanda medallar və kubokla təltif edilib.