• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 693
— 06.05.2023 20:03

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konfrans keçirilib

KepezTV Player

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Göygöl Rayon Mərkəzi Xəstəxanasında da silsilə tədbirlər davam etdirilir. Səyyar həkim briqadaları tərəfindən göstərilən tibbi müayinələr, reallaşdırılan ekoloji aksiyalar da görülən işlər arasındadır. Növbəti belə tədbir kordioloqların elmi praktiki konfransı şəklində təşkil olunub. Konfransda son illər aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə əhalnin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Bölgələrdə səhiyyə müəssisələrinin müasir tələblər əsasında qurulması və zəngin maddi-texniki baza ilə təchiz olunması əhalinin sağlamlığının qorunması üçün lazımi tibbi təminatın təşkilinə şərait yaradıldığı bildirilib. Cavanlaşan ürək xəstəliklərindən söz açılıb. Peşəkar həkimlərin iştirakı ilə belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb. Konfransda ürək-damar xəstəliklərinin aktual problemləri ətrafında müzakirələr aparılıb, təkliflər verilib, suallar cavablandırılıb.