• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 06.05.2023 20:13

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib

KepezTV Player

Gəncədə Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib. Dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışılıb. Gəncədə gil-torpaq zavodunun modernləşdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması üçün investisiyaların cəlbi və ən müasir texnologiyadan istifadə kimi məsələlərə toxunulub. Müasir Azərbaycanın 30 ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğuna diqqət çəkilib. Uğurlu inkişaf strategiyasının müasir dövrün tələblərinə uyğun formada Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin qazandırdığı səmərədən danışılıb.