• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1116
— 06.05.2023 16:09

“Heydər Əliyev və Aqrar Siyasət” mövzusunda elmi konfrans keçirilib

KepezTV Player

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Aqrar Siyasət” mövzusunda elmi konfrans keçirilib. Dahi şəxsiyyətin həm sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar apardığına diqqət çəkilib. Bunun nəticəsində resurslardan məqsədyönlü və səmərəli istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün əsaslı baza yaradılıb. Bu da ölkə iqtisadiyyatında kənd təsərrüfatının xüsusi yerə sahib olmasına əsas yaradıb. Ulu Öndərin gördüyü strateji tədbirlərin və həyata keçirdiyi islahatların fonunda respublikanın sürətlə inkişafına nail olunduğu vurğulanıb. Günümüz reallığında Ümummilli lider tərəfindən əsası qoyulan aqrar siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkilib. Sonda konfransda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.
 

İbrahim Cəfərov- BMTBETİ-nin direktoru: "1981-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda rekord miqdarda kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. 1 milyon ton, 1 milyon 15 min ton pambıq, 2 milyon tona yaxın üzüm 1 milyon ton meyvə, 500 mindən çox tərəvəz və s. Heydər Əliyev təkcə kənd təsərrüfatının yox, bütövlükdə aqrar sənaye kompleksinin hazırlanması üçün öz dəstəyini vermişdir və təsadüfi deyil ki, Azərbaycanda bir aqrar sənaye kompleksi yaranmağa başlamışdı, yaranmışdı. Yəni istehsal sahələrinin yanında həm də belə deyək ki, istehsal müəssisələri yaranırdı. Heydər Əliyev 1995-ci ildə dünyada analoqu olmayan torpaq islahatı həyata keçirdi və bu torpaq islahatı nəticəsində Azərbaycanda kənd təsərrüfatı dirçəlməyə başladı. 1.4 milyon hektar əkin sahəsi 3.4 milyon insan və ya 892 min ailə torpaq payı aldı və bu günləri də qeyd etmək istərdim ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin yerinə yetirilməsinin əsas səbəblərindən biri 1993-cü ildən başlayaraq Azərbaycanda kənd təsərrüfatına olan düzgün yanaşmadır".