• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 06.05.2023 15:59

“Şəxsiyyət və Zaman” adlı silsilə tədbirlər təşkil olunub

KepezTV Player

Samux Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşəbüsü ilə rayonda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri tərəfindən Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Şəxsiyyət və Zaman” adlı imüxtəlif məzmunlu tədbirlər təşkil olunub. Əvvəlcə Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin Heydər Əliyevə həsr etdikləri əl işlərinin sərgisi ilə tanışlıq olub. Uşaq Gənclər və İdman Şahmat Məktəbinin nəznində fəaliyyət göstərən cüdo, stolüstü tennis və şahmat yarışlarının açılışı baş tutub. Çıxışlarda Ulu öndərin və prezident İlham Əliyevin idmanın inkişafına göstəridıyi qayğıdan danışılıb və yarış iştirakçılarına uğurlar arzulanıb. Simvolik olaraq rəsmlər yeniyetmə idmançılarla güclərini sınayıblar. Heydər Əliyevin 100 illik yubleyinə həsr olunan tədbir rayonda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Dərnək üzvlərinin dahi liderin əziz xatirəsinə həsr etdikləri şeir, mahnı və rəqslər qonaqlar tərəfindən maraqla qarşılanıb.