• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1562
— 06.05.2023 12:08

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

KepezTV Player

Şəmkir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir həyata keçirilib. Tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilib. Və onlar barəsində müvafiq tədbirlər görülüb. Qayda pozanlar arasında 3 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onların narkotik vasitədən istifadə etmələri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.